BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb. Bu Fahree – Fəxri İsmayılov olacaq.
Xəbər BAYRAQDAR MEDİA-ya martın 7-də İTV-dən daxil olub.
Xatırladılır ki, “bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub. Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb”.ə
Xəbərdə qeyd edilir ki, “əvvəlki illərdən fərqli olaraq, builki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapir”.
O da bildirilir ki, “İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də olacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək”.