Son yeniləmə: 7 Mart 2024 10:17
BAYRAQDAR MEDİA – Xarici işlər naziri Bucar Osmani Antalya Diplomatik Forumunda iştirak etdikdən sonra Quzey Makedoniyanın Antalyadakı Fəxri Konsulluğunun açılışını edib.
Məlumatı Yeni Balkan yayıb.
Xarici İşlər Nazirliyindən verilən açıqlamada Quzey Makedoniyanın Antalya fəxri konsulu Ali Kızıldanın 35 illik turizm təcrübəsi ilə iş dünyasının tanınmış simalarından biri olduğu bildirilib.
Açılışda çıxış edən nazir B.Osmani Şimali Makedoniya və Türkiyənin iqtisadi əməkdaşlığı inkişaf etdirmək və ticarət əlaqələrini gücləndirmək üçün böyük potensiala malik olduğunu vurğulayıb.