Press "Enter" to skip to content

Aktotı Raimkulova Antalya Forumunda

Aktotı Raimkulova sözügedən Forumda

Son yeniləmə: 7 Mart 2024 12:41

BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondunun (İTHCF) prezidenti Aktotı Raimkulova qardaş Türkiyənin Antalya şəhərində keçirilən III Diplomatiya Forumu çərçivəsində “Regional əməkdaşlıqda təhsil və mədəniyyətin rolu” mövzusunda paneldə çıxış edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “paneldə həmçinin Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin direktoru Mahmud Erol Kılıç çıxış ediblər. A.Raimkulova əlamətdar tədbirin təşkili üçün Türkiyənin Prezidenti Recep Tayyib Erdoğana təşəkkür edib, həmçinin ona 70 illik yubileyi münasibəti ilə təbriklərini ifadə edib. Fondun rəhbəri mədəniyyət və təhsil sahəsini cəmiyyətin inkişafını və rifah dərəcəsini şərtləndirən əsas aspektlər sırasında vurğulayıb. O, Fondun Türk Dünyasının daha da yaxınlaşdırılması istiqamətində fəaliyyətindən danışaraq təşkilatın mədəniyyət və təhsil yönümlü layihələrindən bəhs edib”.

Daha sonra xəbərdə, “təşkilat rəhbəri Fond tərəfindən “Türk Mədəni İrsinin qorunması haqqında” Konvensiyanın hazırlanmasına, bu işə üzv ölkələrinin irs sahəsi üzrə ekpertlərinin, dövlət qurumlarının nümayəndələrinin cəlb olunmasına diqqət çəkib. O, Fondun digər təşəbbüsləri sırasında mədəni irs sahəsində Təkmilləşdirmə Proqramının yaradılmasını qeyd edib. Bildirib ki, Program bərpaçıların bacarıq səviyyəsinin yüksəldilməsi, Türk mədəni irsi üzrə rəqəmsal məlumat bazasının yaradılması, mədəni irs sahəsində beynəlxalq hüququn gücləndirilməsi məqsədini daşıyır” deyə bildirilir.

A.Raimkulova çıxışında Fondun təhsil sahəsində fəaliyyətlərinə də diqqət çəkərək Fond tərəfindən Türk dövlətlərinin və digər xarici ölkələrin universitetləri ilə Əməkdaşlıq Memorandumlarının imzalanmasını, həmin universitetlərdə Türk İrsi Mərkəzlərinin yaradılmasını vurğulayıb. O, Türk irsinin daha dərindən öyrənilməsi və yayılması məqsədi ilə təşkilat tərəfindən Digital Turk Heritage və Turk Discovery onlayn platformalarının yaradılması üzrə işlərin başladıldığını bildirib.

O, Fondun yeni layihə və təşəbbüslərə hər zaman açıq olduğunu vurğulayıb.

Mission News Theme by Compete Themes.