Son yeniləmə: 6 Mart 2024 17:16
BAYRAQDAR MEDİA – “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları ilkin olaraq seçilmiş 329 ümumi təhsil müəssisəsində pilot olaraq tətbiq edilir”.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media nümayəndələri üçün brifinqdə məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MÜTDA-dan daxil olub.
E.Bağırov bildirib ki, bu, ümumilikdə 322 min nəfərdən çox şagirdi əhatə edir: “Növbəti illərdə tətbiq dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Pilot müəssisələr üzrə monitorinqlər və təhlillər aparılıb, təkliflər formalaşdırılıb. Hazırda “Şagird davranış qaydaları”nın yekun versiyası üzərində iş aparılır””.