Son yeniləmə: 6 Mart 2024 09:17
BAYRAQDAR MEDİA – Qazaxıstan Preizdenti Qasım-Jomart Toqayevə parlament Senatının islahatların qanunvericiliklə təminatı ilə bağlı ötən aylarda gördüyü işlərin yekunları və növbəti dövr üçün plan barədə məlumat verilib.
Bu barədə el.kz məlumat yaylb.
Maulen Aşımbayevin sözlərinə görə, dövlət başçısının ölkənin və regionların inkişafına yönəlmiş tapşırıqlarının icrası Senat üçün əsas prioritetdir: “Qadın hüquqları və uşaq təhlükəsizliyi, səhiyyə, transfer qiymətləri, əhalinin miqrasiyası, rabitə və rəqəmsallaşma, elm və təhsil haqqında qanunvericilik hazırda senatorların müzakirəsindədir. Senatorlar isə elm, məhkəmə sistemi islahatı, ekoloji məhsulların dövriyyəsi, təhlükəsiz əmək şəraitinin yaxşılaşdırılması və işçilərin əmək hüquqlarının müdafiəsi haqqında 10 qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim ediblər”.