Press "Enter" to skip to content

Murat Özcandan vida nitqi

Bələdiyyə üzvlərinin son iclasdan xatirə fotosu

Son yeniləmə: 6 Mart 2024 14:20

BAYRAQDAR MEDİA – Eskiçehrin Odunpazarı Bələdiyyəsinin mart ayı məclis toplantısı yerli seçkilər öncəsi sonuncu dəfə keçirilib.

Məlumatı eskisehir.net saytı yayıb.

Bildirilib ki, “yığıncaqda AK Parti Qrupu adından Murat Özcan vida çıxışı edib. O, “Bu, bizim üçün vacib təcrübə idi. Biz Məclisin ab-havasından nəfəs aldıq. Önümüzdəki dövrlərdə burada çoxlu dostumuz olmayacaq. Biz burada siyasət apardıq, bəzən gərginlik qalxırdı. Bəzən dostluq oldu. Amma hər iki qrup olaraq Eskişehirə yaraşan nəzakət və hörməti qorumağa çalışdıq”.

Çıxışına davam edən M.Özcan “Bizim xüsusi bir düşmənçiliyimiz yox idi. Hamı ilə sağollaşıb halallıq istəyirik. Mən də qrupuma təşəkkür etmək istəyirəm. Mən onlara təşəkkür etmək istəyirəm ki, bacardıqca müxalifətdə səslərini ucaltmağa çalışıblar. Odunpazarı Bələdiyyəsinin əməkdaşlarına da təşəkkür edirəm ki, xahiş olunan sənədləri bizə nəzakətlə gətirdilər. Hər şey üçün sizə çox təşəkkür edirəm” deyib.

Mission News Theme by Compete Themes.