Press "Enter" to skip to content

Emmanuel Makronun siyasi oyunbazlığı Fransanı gülünc duruma düşürdü

Vüqar İskəndərov

Son yeniləmə: 6 Mart 2024 12:08

Vüqar İskəndərov: Avropanın aparıcı ölkələrində belə məsuliyyətsiz şəxslərin ali postlara yüksəlməsi “qoca qitə”də həqiqətən də acınacaqlı durumun yarandığını nümayiş etdirir

BAYRAQDAR MEDİA – “Uzun illər “qoca qitə” deyilərək tanımlanan Avropada sözün bütün mənalarında qocalma gedir. Məhz bu qocalmanın nəticəsidir ki, artıq Avropanın bəzi ölkələrində dərindən düşünmək istəməyən, yaxud da buna qabiliyyəti olmayan, məsuliyyətsiz şəxslər hakimiyyət başına keçirlər. Avropanın aparıcı ölkələrində belə məsuliyyətsiz şəxslərin ali postlara yüksəlməsi “qoca qitə”də həqiqətən də acınacaqlı durumun yarandığını nümayiş etdirir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu cür məsuliyyətsiz insanlar adətən dövlət idarəçilyinə, qlobal proseslərə bir şou kimi yanaşırlar: “Bunun da ağır nəticəsi ilə təkcə onlar deyil, həm də rəhbərlik etdikləri ölkələr üzləşirlər. Bunun belə olduğunu göstərmək üçün heç də uzağa getmək lazım deyil. Emmanuel Makronun rəhbərlik etdiyi bu günün Fransasında cərəyan edənlər vəziyyətin necə də acınacaqlı olduğunu nümayiş etdirir”.

V.İskəndərov qeyd edib ki, Emmanuel Makronun siyasi oyunbazlığı Fransanı gülünc duruma düşürüb: “Bu hal son hadisə zamanı isə daha da qabarıq şəkildə ortay çxıdı. Son hadisə deyəndə mən E.Makronun Rusiya və NATO mövzusundakı açıqlamalarını nəzərdə tuturam. Onun əvvəlcə NATO-nu Rusiya ilə qarşıdurmaya təhrik etməyə çalışması, sonra isə bu fikrini elə belə dediyini bildirməsi bir dövlət rəhbəri adına utancverici haldır. Bu, həm də E.Makronun nə dərəcədə qeyri-ciddi və məsuliyyəstsiz siyasətçi olduğunu aydın göstərir”.

Deputatın sözlərinə görə, E.Makron bu cür məsuliyyətsiz fikirlərlə faktiki olaraq nüvə silahının istifadəni də nəzərdə tutan Üçüncü Dünya müharibəsi üçün təhrikçi mövqe nümayiş etdirib: “Daha sonra isə ağır durumda qaldığına görə, bu fikri elə belə səsləndirdiyini deməklə, təkcə özünü deyil, eyni zamanda rəhbərlik etdiyi ölkəni gülməli duruma saldı. Hesab edirəm ki, Fransa ictimaiyyəti artıq E.Makron kimi məsuliyyətisz siyasətçilərdən qurtulmaq üçün hərəkətə keçməlidir. Əks təqdirdə E.Makron Fransanı bu cür çətin və gülünc duruma salmaqda davam edəcək”.

Mission News Theme by Compete Themes.