Press "Enter" to skip to content

Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü

Qarşılama mərasimi

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, müdafiə naziri Zakir Həsənov martın 6-da qardaş Türkiyəyə səfər edib.

Zakir Həsənov qardaş ölkəyə səfər edib

Nazirlikdən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərə görə, nazir Türkiyə milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bildirilir ki, Görüşdən əvvəl Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürkün mavzoleyini – Anıtkabiri ziyarət edib. Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi və Mustafa Kemal Atatürkün məzarı önünə əklil qoyub, Ulu Öndərlərin xatirələrinə ehtiram nümayiş etdirib. Sonra Türkiyə Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, nazirlər fəxri qarovulun önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

“General-polkovnik Z.Həsənov protokola uyğun olaraq şərəf kitabını imzalayıb. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan qardaş ölkənin milli müdafiə naziri onları Türkiyədə görməkdən məmnunluğunu bildirib. Cənab Y.Güler ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Müdafiə naziri türkiyəli həmkarına göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. General-polkovnik Z.Həsənov Azərbaycan və Türkiyə dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb”, – deyə xəbərdə bildirilir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə “hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib”.

Mission News Theme by Compete Themes.