Press "Enter" to skip to content

Xarəzmə səfər üçün illik viza

Xarəzm

Son yeniləmə: 5 Mart 2024 07:32

BAYRAQDAR MEDİA – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xarəzm vilayətinin sosial-iqtisadi inkişafı mövzusunda müşavirə keçirib.

Xəbəri orient.tm yayıb.

Bildirilib ki, “Özbəkistan Prezidenti yerli iqtisadiyyatın aparıcı sahələrindən biri kimi turizmin inkişafı üzrə üç illik proqramın qəbul edildiyini bəyan edib. Bəlli olub ki, bu müddət ərzində Turizmin İnkişafı Fonduna daxil olan bütün vəsaitlər ciddi şəkildə rayon daxilində istifadə olunacaq”.

Məlumata əsasən, “Özbəkistan mənim ikinci vətənimdir” adlı yeni viza proqramının tətbiqi planlaşdırılır: “Bu proqrama əsasən, müvafiq viza sahibləri bir il müddətində məhdudiyyətsiz Xarəzmə səfər edə biləcəklər”.

Həmçinin, müəyyən ərazilərdə mehmanxana çarpayılarının çatışmazlığı probleminin həlli üçün yerləşdirmə obyektlərinin tikintisi və genişləndirilməsi üçün əlavə kreditlər ayrılacaq. Dövlət başçısı Urgençdə Avesta və Ləzgi rəqsinə həsr olunmuş muzeylərin açılmasını təklif edib. Bundan əlavə, o, Xivədə əcnəbi qonaqlar üçün nəzərdə tutulmuş 24 saatlıq Xarəzm mətbəxinin təamlarını təqdim edən kafe və restoranların yaradılmasına çağırıb”.

Mission News Theme by Compete Themes.