Press "Enter" to skip to content

Varşava Azərbaycan Evindən yeni layihə

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Polşada yaşayan gənclər və Polşada təhsil almaq niyyətində olan tələbələr üçün yeni karyera təliminə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-YA Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, “təlimlərin Polşanın paytaxtı Varşava şəhərində yerləşən Azərbaycan Evinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 10 ildən artıq maliyyə təcrübəsi olan təlimçi Elçin Eyvazovun rəhbərliyi ilə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi Polşada yaşayan azərbaycanlıların beynəlxalq şirkətlərdə maliyyə və mühasibatlıq sahəsi üzrə iş tapmasına, eyni zamanda, yeni iş imkanlarını daha yaxşı dəyərləndirmələrinə dəstək olmaqdır”.

Məlumata görə, Elçin Eyvazov, Mülayim Quliyeva və Həmid Bayramovun mentorluğu altında 2 ay davam edəcək təlimlərdə iştirak edənlərin B1 səviyyəsində ingilis dili bilməsi arzuolunandır: “Qeyd edək ki, təlimlər 1 aprel tarixindən start götürəcək. Təlimlərdə iştirak etmək istəyənlər 2-25 mart tarixlərində bu linkə keçid etməklə qeydiyyatdan keçə bilər”.

Mission News Theme by Compete Themes.