Press "Enter" to skip to content

Valideynlər məktəbləri qiymətləndirə biləcək

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Nərminə Hüseynova məlumat verib. O bildirib ki, valideynlər üçün övladlarının təhsil, davranış keyfiyyətlərini izləmə və müəssisələrdə tədris proseslərini dəyərləndirmə imkanı verən elektron sistemin qurulması əsas hədəflərdəndir. N.Hüseynova bunun vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət etdiyini deyib”.

Mission News Theme by Compete Themes.