Press "Enter" to skip to content

Seçkidən sonra gündəm yeni konstitusiyadır

TBMM

Son yeniləmə: 5 Mart 2024 16:51

BAYRAQDAR MEDİA – Türkiyə Böyük Millət Məclisi (TBMM) yerli seçkilərə qədər qanunvericilik fəaliyyətini dayandıraraq yeni bir prosesə qədən qoyub.

Bu barədə Türkgün Gazetesi məlumat yayıb.

Bildirilib ki, “martın 31-dən sonra yeni və vətəndaş konstitusiya araşdırmaları gündəmə gələcək. Uzun illər tələb olunan bu məsələ ilə bağlı konkret addımlar atılmağa başlanıb”.

Məlumata görə, TBMM sədri Numan Kurtulmuşun siyasi partiyalara etdiyi nəzakət səfərlərində yeni konstitusiya üzərindəki işlər də mühüm yer tutub:“N.Kurtulmuş əvvəlcə “Cümhur İttifakı”nın ortağı MHP sədri Dövlət Baxçalı ilə görüşüb. Daha sonra CHP, İYİ Parti, Gələcək və Səadət partiyalarını ziyarət edib. Bu görüşlərdə yeni konstitusiya araşdırmalarında prosedur və prinsiplərin müəyyən edilməsi, izləniləcək yol xəritəsinin müzakirəsi kimi məsələlər müzakirə edilib”.

Qeyd edilib ki, yeni konstitusiya üçün parlamentdəki bütün partiyaların nümayəndələrinin daxil olacağı işçi qrupunun yaradılması gündəmdədir:“Yeni mülki konstitusiya üçün parlamentdə geniş konsensusa nail olmaq hədəflənib. Bu kontekstdə müxalifətin təklifləri də nəzərə alınacaq”.

Mission News Theme by Compete Themes.