Son yeniləmə: 5 Mart 2024 09:08
BAYRAQDAR MEDİA – MHP sədrinin müavini Semih Yalçın 17 mart bazar günü keçiriləcək 14-cü Böyük Qurultayla bağlı açıqlamalar verib.
Məlumatı Türkgün Gazetesi yayıb.
Bildirilib ki, “S.Yalçın Böyük Qurultayın şüarını da açıqlayıb: “Ülke için var olduk/ Bir ülküye yar olduk”.
MHP-nin Türkiyə sevdalısı olduğunu ifadə edən S.Yalçın, “Milliyyətçi-idealist hərəkatın zəngin çaylarından qidalanan, Türkiyə sevdalısı MHP bundsn sonra da millətinin firavanlığı və xoşbəxtliyi, yüksəlişi və güclənməsi üçün fədakar nəsillərin evi kimi xidmət etməyə hazırdır” deyib.