Son yeniləmə: 5 Mart 2024 14:20
BAYRAQDAR MEDİA – Tatlısu Bələdiyyə Başçısı Hayri Orçan 8-ci Ot Mədəniyyəti Festivalının əlverişsiz hava şəraiti səbəbindən təxirə salındığını açıqlayıb.
Bu barədə Kibris Postası məlumat verib.
Bildirilib ki, “Tatlısu Bələdiyyəsi tərəfindən bu gün keçiriləcək 8-ci Ot Mədəniyyəti Festivalı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Festival Komitəsi ilə birlikdə mətbuata açıqlama verən Tatlısu Bələdiyyə sədri Hayri Orçan əlverişsiz hava şəraiti səbəbindən festivalı təxirə salmaq məcburiyyətində qaldıqlarını bildirib”.
Təxminən 1,5 aydır hazırladıqları festivalı təxirə salmaqdan kədərləndiklərini bildirən H.Orçan, stend açıb hazırlıq görən biznesmenlərdən üzr istəyib.
H.Orçan qeyd edib ki, festivalın yeni tarixi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.