Son yeniləmə: 5 Mart 2024 11:05
BAYRAQDAR MEDİA – KKTC-nin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun heyətini qəbul edib.
Nazirlikdən kibristürk.com saytına verilən məlumata görə, E.Arıklı Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu və Meteorologiya İdarəsi ilə 21 Mart 2023-cü ildə protokol imzalandığını xatırladıb. Nazir Arıklı, Meteorologiya İdarəsinin Seysmologiya şöbəsinin imkanlarının artırıldığını, yeni kompüterlər və proqram təminatı sayəsində texniki infrastrukturunun yaxşılaşdırıldığını bildirib.
Meteorologiya Departamentinin Seysmologiya şöbəsinin beynəlxalq kommunikasiya şəbəkəsinin aparılan işlər çərçivəsində inkişaf etdirildiyini qeyd edən E.Arıklı, bu yolla zəlzələ analizində daha çox mənbədən məlumat alına biləcəyini və daha təsirli təhlillər aparıla biləcəyini deyib.