Press "Enter" to skip to content

Braziliya ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə edilib

Görüş zamanı

Son yeniləmə: 5 Mart 2024 11:11

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədriElnur Əliyev Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosa ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya martın 5-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə ölkələr arasında ticarət dövriyyəsinin genişləndirilməsivə iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əlaqələrin inkişafı üçün imkanların olduğu vurğulanıb. Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonalarında investorlar üçün nəzərdə tutulmuş güzəştlər və stimullar diqqətə çatdırılıb. COP29 çərçivəsində birgə fəaliyyət imkanlarıvə “yaşıl” maliyyələşmə üzrə əməkdaşlıq nəzərdən keçirilib”.

Məlumata görə, görüşdə qarşılıqlı investisiya qoyuluşu, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, aqrar sahədə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi, ərzaq təhlükəsizliyi, aqroparklara müasir texnologiyaların cəlbi istiqamətində fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.