Press "Enter" to skip to content

Bakı daha bir mühüm tədbirə hazırlaşır

Mətbuat konfransı zamanı

Azərbaycanda ilk dəfə Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı keçiriləcək

BAYRAQDAR MEDİA – Bu il martın 12-14-də Bakı Su Həftəsi – “Baku Water Week” çərçivəsində Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib.

Bakı daha bir beynəlxalq tədbirə hazırlaşır

Bu barədə martın 5-də keçirilən və “Baku Water Week” sərgisinə həsr olunmuş mətbuat konfransında “Bakı Su Həftəsi”nin layihə rəhbəri Nicat Şıxaliyev bildirib.

BAYRAQDAR MEDİA xəbər verir ki, mətbuat konfransı Azarbaycan Dövlət Su Ehtiyatları Agentliyi nümayəndələri, eləcə də, sərgi təşkilatçılarının iştirakı ilə keçirilib.

Nicat Şıxaliyev qeyd edib ki, iştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasında Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İsveçrə, Avstraliya, Belarus, Gürcüstan, İsrail, Qazaxıstan, Türkiyə və Rusiya var. N.Şıxaliyevin sözlərinə görə, Azərbaycanda ilk dəfə təşkil olunmasına baxmayaraq, Bakı Su Həftəsinə bir sıra önəmli şirkətlər dəstək verir.

Mission News Theme by Compete Themes.