Son yeniləmə: 5 Mart 2024 14:20
İndiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb
BAYRAQDAR MEDİA – 2023-cü ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 314 milyon dollar təşkil edib.
Bu barədə Astanada keçirilən Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasında bildirilib.
Energetika Nazirliyindən verilən məlumata görə, iclasda qeyd edilib ki, indiyə kimi Azərbaycan Qazaxıstana 211,4 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 114 milyon dollar investisiya yatırıb: “Yaxın vaxtlarda növbəti iclası keçiriləcək Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində sıx əməkdaşlığın, həmçinin ticari-iqtisadi əməkdaşlığın stimullaşdırılması tədbirlərinin, Qazaxıstan şirkətlərinin Ələt Azad İqtisadi Zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulmasının bu göstəricilərin artırılmasına töhfə verəcəyi qeyd olunub”.