BAYRAQDAR MEDİA – Martın 2-də ÇARDAQ art platforması Müasir İncəsənət Mərkəzində Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş “Məndən sonra” adlı sərgi keçirib.
Tədbirdə öncə ÇARDAQ art platformasının təsisçisi və rəhbəri, rəssam Elşən Karaca çıxış edərək sərgi haqqında danışıb. Sərginin təşkil edilməsində dəstəyə görə Mədəniyyət Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqına təşəkkür edib.
Sonra Xalq rəssamı Arif Hüseynov, nasir, publisist Əkbər Qoşalı, Xalq rəssamı Sirus Mirzəzadə, millət vəkili Arzu Nağıyev və digərləri çıxışlarında Q.Paşayeva ilə bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər Qənirə xanımın başdan ayağa Azərbaycan olduğunu deyərək onun həyatın hər anında yerinin göründüyünü qeyd ediblər. Çıxışçılar eləcə də təşkil edilmiş sərgiyə görə təşkilatçılara dərin təşəkkürlərini bildiriblər.
Tədbir zamanı vurğulanıb ki, Q.Paşayeva tək doğulduğu Tovuz rayonundan, oranın camaatından deyil, Azərbaycandan, türk dünyasından, hamıdan getdi. Həmçinin bildirilib ki, sərgidəki hər tablo harada yaşasa onun ruhu orada olacaq.
Çıxışlardan sonra sərgi Q.Paşayevanın şeirləri, onun şeirlərinə bəstələnən mahnıların ifası, eləcə də ona həsr olunmuş sənət nümunələri ilə davam edib.