Press "Enter" to skip to content

“Mən dəyərəm min cavana” 90-cı dəfə nümayiş olunub

Mən dəyərəm min cavana

BAYRAQDAR MEDİA – Martın 3-ü saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Mən dəyərəm min cavana” (Faiq Sücəddinov, Tamara Vəliyeva) iki hissəli musiqili komediyası 90-cı dəfə nümayış olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tamaşa tanınmış yazıçı-dramaturq Tamara Vəliyevanın Musiqili teatrda “Bankir adaxlı”dan sonra səhnəyə qoyulan ikinci əsəridir. Yaranma tarixçəsi qəribə olan komediya illər öncə görkəmli teatr və kino aktyoru, “Şöhrət” ordenlı Xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi münasibəti ilə hazırlanırdı. Lakin tamaşanın premyerasından əvvəl, 2006-cı ildə onun qəfil vəfatı yaradıcı heyətin bütün planlarını dəyişir. 2007-ci ildə “Mən dəyərəm min cavana” böyük sənətkarın xatirəsəinə ithaf olunaraq sevənlərinə bir təskinlik kimi təqdim olunur”.

İlk nümayişindən 17 il keçməsinə baxmayaraq, yenə də öz aktuallığını saxlayan səhnə əsərində rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nadir Xasiyev, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Ruslan Mürsəlov, Nəzrin İsmayılzadə, Əli Kərimov və Murad Əliyev ifa edir. Həmçinin teatrın xor və balet artistlərinin bir-birindən maraqlı və rəngarəng çıxışları da tamaşaya gözəllik gətirib.

Mission News Theme by Compete Themes.