Son yeniləmə: 4 Mart 2024 14:18
BAYRAQDAR MEDİA – Martın 5-də Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “iclasda ölkəmizi komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. İclas çərçivəsində Hökumətlərarası Komissiyanın 19-cu iclasından ötən dövr ərzində görülmüş işlərin nəzərdən keçirilməsi, ticarət-iqtisadi, energetika, sənaye, tikinti,nəqliyyat və logistika, ekologiya, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, səhiyyə,gənclər siyasəti və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur”.
Qeyd edək ki, Qazaxıstan tərəfdən Komissiyanın həmsədri nəqliyyat naziri Marat Karabayevdir.