Son yeniləmə: 4 Mart 2024 12:43
BAYRAQAR MEDİA – Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 min 616 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Bu barədə BAYRAQDAR MEDİA-ya martın 4-də BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 min 926 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 687 müraciət daxil olub. BŞTİ-yə 1 min 501 sənəd (vətəndaşlar tərəfindən 290 ərizə, Elm və Təhsil Nazirliyindən 233, digər qurumlardan 279, tabelikdə olan təhsil müəssisələrindən 508 məktub və 191 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 502 elektron müraciətə baxılıb”.
Məlumata əsasən, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydaları, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.