Son yeniləmə: 4 Mart 2024 14:16
BAYRAQDAR MEDİA – Boqlarıstan parlament sədrinin müavni Rositsa Kirovanın rəhbərlik etdiyi nümayəndə heyəti Odessa vilayətinin Belqorod-Dnestrovski rayonunun Bolqarıstanın Zarya kəndində olub.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, R.Kirova bolqarlarla görüşdə onların öz adət-nənələrini qorumağa çağırıb: “Mən fəxr edirəm ki, burada Bolqarıstanı ürəklərində daşıyan bolqarlar var. Siz adət-ənənələri qoruyursunuz, keçmişi xatırlayın və sahiblik nümayiş etdirin”.
Məlumata görə, yerli məktəbin bolqar dili və ədəbiyyatı müəllimi Yelena Arnautova qonaqlara kənddə 200 ilə yaxın bir müddətdə qorunub saxlanan bolqarların adət-ənənələri, həyat tərzi və məişəti haqqında danışıb. “Drujba” kənd təsərrüfatı müəssisəsinin direktoru Georgi Çiklikçi və Bolqarıstanın Odessadakı baş konsulu Svetoslav İvanov bildiriblər ki, qonaqların səfəri Ukraynada müharibə zamanı bolqar icması üçün son dərəcə mühüm dəstəkdir.