Son yeniləmə: 4 Mart 2024 12:23
BAYRAQDAR MEDİA – Mart ayında Qazaxıstan Respublikası hökumətinin başçısı Oljas Bektenovun Rusiya və Özbəkistana işgüzar səfəri planlaşdırılır.
Məlumatı El.kz xəbər agentliyi yayıb.
Bildirilib ki, “Moskvada Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə kiçik və geniş miqyaslı danışıqlar aparılacaq. Tərəflər dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsini, eləcə də qarşılıqlı faydalı ticarət-iqtisadi və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi üzrə tədbirləri müzakirə edəcəklər”.
Məlumata əsasən, Daşkənddə Oljas Bektenov Özbəkistanın Baş naziri Abdulla Aripov ilə danışıqlar aparacaq, ticarət və investisiya əməkdaşlığının artırılması, sənaye, energetika, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələrində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edəcək.