Press "Enter" to skip to content

Bakı üzrə 39 mərkəzdə olimpiada və müsabiqə

Olimpiada zamanı

Son yeniləmə: 4 Mart 2024 14:16

BAYRAQDAR MEDİA – Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin şəhər mərhələsi paytaxt üzrə 39 mərkəzdə keçirilib. Olimpiada və müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)  tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 13 min 655 şagird iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “məktəblilərarası fənn müsabiqələri VI sinif şagirdləri üçün riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunub. Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif şagirdləri üçün keçirilib. Qeyd edək ki, şagirdlər 19 mart tarixindən etibarən https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsi vasitəsilə nəticələrini əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.