Son yeniləmə: 1 Mart 2024 15:56
BAYRAQDAR MEDİA – Qazaxıstanın IT mütəxəssisləri süni intellektli söhbət robotu ChatGPT-nin yerli versiyası və qazax türk modeli üzərində işlədiklərini bildiriblər.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Qazaxıstan İT mütəxəssislərini bir araya gətirən Bakit Niyazov ChatGPT-nin Qazaxıstan analoqunu yaratmaq üçün iddialı bir cəhd olan Irbis GPT layihəsində bir sıra uğurlar əldə etdiyini açıqlayıb. B.Niyazov bildirib ki, hazırkı mərhələdə komanda tamhüquqlu qazax dili modelinin prototipinin yaradılmasına yönəlmiş müxtəlif fərziyyələri fəal şəkildə sınaqdan keçirir”.
O, həmçinin qeyd edib ki, İrbis GPT sonda Qazaxıstan üçün mühüm sosial və strateji layihəyə çevriləcək.