Son yeniləmə: 1 Mart 2024 17:14
Salih Altun: Aşık Veysel həm də önəmli bir filosofdur
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Türkiyə Cumhurbaşkanlığı İnsan Kaynakları Ofisinin təşkilatçılığı və Anadolu Univeristetinin ev sahibliyi ilə Eskişehirdə İç Anadolu Karyera Sərgisi (İKAF-24) keçirilib. Tədbir qatılan qonaqlarla yanaşı, bir sıra panel iclasları ilə diqqət mərkəzində olub.
Panel iclaslarının növbəti isə Türkiyənin və türk dünyasının tanınmış ozanı Aşıq Veyselə həsr edilib.
Anadolu Universitetindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, panel iclası “Aşık Veysel’le Gündüz Gece” başlığı ilə universitetinin Ədəbiyyat fakültəsi Prof. Dr. Taciser Tüfekçi Sivas Salonunda keçirilib: “Panel iclası Ədəbiyyat Fakultəsi Türk Dili və Ədəbiyyatı Bölümünün müəllimi Prof. Dr. Zülfikar Bayraktarın moderatorluğu ilə keçirilib. Panel iclasında Aşıq Veyselin nəvəsi Gündüz Şatıroğlu əsas məruzəçi olub. Həmçinin, Eskişehir Vali yardımçısı Salih Altun və Anadolu Universitetinin prorektoru Prof. Dr. Betül Demirci də çıxış ediblər”.
Aşıq Veysəlin misralarında böyük məna yatır
Məlumata əsasən, iclasda çıxış edən Salih Altun Türkiyənin şairlərinin yaradıcılığında böyük mənanın olduğunu vurğulayıb: “Belə gözəl söhbətdə iştirak etmək bizim və hörmətli iştirakçılar üçün çox dəyərlidir. Şəxsi inkişaf, motivasiya kimi mövzularda əcnəbilərdən çoxlu araşdırmalar aparırıq, amma özümüzə baxıb, Aşıq Veysəlin misralarını araşdırdığımız zaman əcnəbilər ehtiyacımız olmadığını düşünürəm”.
Vali yardımçısı, həmçinin “Aşıq Veysəl bizim üçün önəmli xalq ozanıdır. Hesab edirəm ki, o, eyni zamanda önəmli filosofdur. Əsərlərini oxuyanda özümüzü misralarda itirib, dərin düşüncələrə dalırıq” deyib.
Gələcək nəsillərə dəyərli misralar bəxş etmiş böyük xalq ozanı
Panel iclasında çıxış edən Prof. Dr. Betül Demirci “Aşıq Veysel Şatıroğlunun nəvəsi Gündüz Şatıroğlundan babasının xatirələrini dinləyib bu günə kimi bilinməyən məlumatlar əldə edəcəyik” deyib.
O, bildirib ki, Aşıq Veysəl sadə türkcə möhtəşəm əsərlər yaradıb. O, insan, təbiət, dostluq, birlik mövzularında əsərlər yaradaraq gələcək nəsillərə dəyərli misralar bəxş etmiş böyük xalq ozanıdır” deyib.
Aşıq Veysəl həm milli, həm də bəşəri dəyəridir
Məlumata görə, iclasda çıxış edən Prof. Dr. Zülfikar Bayraktar “Aşıq Veysəl təkcə milli dəyər olmaqla yanaşı, hadisələri ümumbəşəri qavramaq qabiliyyətinə görə bütün dünyanın dəyəridir” deyib.
O, qeyd edib ki, 2023-cü il UNESCO tərəfindən “Aşıq Veysəl ili” elan edilib: “UNESCO dünya mədəni irsini qoruyan bir təşkilatdır və ölkəmizdən belə bir dəyərin bu siyahıya salınması Aşıq Veysəlin nə qədər böyük dəyər olduğunu göstərir”.
Aşıq Veysəl universal sənətkardır
Sonra mərhum ozanın nəvəsi Gündüz Şatıroğlu geniş məruzə ilə çıxış edib.
O, Aşıq Veysəlin həyatına, şeirlərinə, türkülərinə və əsərlərinin məzmununa toxunaraq deyib: “Atam Bahri Şatıroğlunun yazıb saxladıqlarından topladığım arxivdən babam Aşıq Veysəl haqqında danışmağa çalışacağam. Bu arxiv göstərir ki, Aşıq Veysəl universal sənətkardır. Biz də bu arxivi 2023-cü il UNESCO-nun Aşıq Veysəl ili münasibəti ilə Ankarada sərgi ilə gənclərin ixtiyarına verdik. Sərgidə Aşıq Veysəlin ilk fotosundan tutmuş son fotosuna qədər çoxlu xatirələri var. Uzun illər istifadə etdiyi saz görünür, uzun illər işlədiyi Həsənoğlan Kənd İnstitutunda çəkilmiş fotoşəkilləri, yazdığı əlyazma şeirləri var. Ssenarisini Bedri Rəhmi Eyüpoğlunun yazdığı “Qaranlıq dünya” filminin orijinal afişası və babam üçün yaratdığı açıqcanın orijinallarından biri də var”.
Məlumatda o da bildirilir ki, böyük marağa səbəb olan panel iclası sual-cavabından sonra prorektor Prof. Dr. Betül Demircinin Gündüz Şatıroğluna hədiyyə təqdim etməsi ilə sona çatıb.