Son yeniləmə: 1 Mart 2024 13:32
Ercan Öz: ETİ öz fabriklərində günəş enerjisi sistemlərindən fəal şəkildə istifadə etməklə ekoloji cəhətdən təmiz missiyasını davam etdirir
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Türkiyə Cumhurbaşkanlığı İnsan Kaynakları Ofisinin təşkilatçılığı və Anadolu Univeristetinin ev sahibliyi ilə Eskişehirdə İç Anadolu Karyera Sərgisi (İKAF-24) keçirilib. Tədbir qatılan qonaqlarla yanaşı, bir sıra panel iclasları ilə diqqət mərkəzində olub.
Universitetdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirin ikinci günü, fevralın 29-da Anadolu Üniversitetinin Öğrenci Merkezi Yunus Emre Salonunda “ETİ Türkiye Kariyer Söyleşisi” paneli gerçəkləşdirilib.
Məlumata əsasən, “ETİ Türkiyə”nin Baş direktoru Ercan Özün məruzəçi olduğu paneldə Anadolu Universitetinin prorektoru Prof. Dr. Fatih Temizel, Biznes İdarəetmə Fakültəsinin Dekanı Prof. Dr. Bayram Zafer Erdoğan, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Səmimiyyət və güvənin uğurun sirri olduğunu söyləyərək çıxışına başlayan Ercan Öz deyib: “ETİ Eskişehirdən olan bir şirkətdir. Karyera sərgimiz çərçivəsində qeyd etmək istərdim ki, ETİ-də işçi nisbəti ən yüksək olan universitet Anadolu Universitetidir. Biz ildə 6,2 milyard məhsul və saniyədə 240 bağlama istehsal edirik. 7 mindən çox işçimiz, 81 brendimiz və 600-ə yaxın məhsulumuz var. Bu kontekstdə ETİ törəmə müəssisələrinin avadanlıqları ilə digər şirkətlərdən fərqlənir”.
O da qeyd edilib ki, “Bundan əlavə, ETİ öz fabriklərində günəş enerjisi sistemlərindən fəal şəkildə istifadə etməklə ekoloji cəhətdən təmiz missiyasını davam etdirir. Biz qadınların məşğulluğuna böyük önəm verən bir şirkətik və işə qəbulda bacardığımız qədər qadınların məşğulluğunun təmin edilməsinə üstünlük veririk. Sarı velosiped layihəsi kimi illərdir həyata keçirdiyimiz layihələrə hər gün yeni layihələr əlavə edərək irəliləyirik”. Məruzəçi, həmçinin, “Digər tərəfdən ETİ olaraq tələbələrimiz üçün 3 aylıq inkişaf proqramı hazırlamışıq. Tələbələr öz sahələri üzrə çox dəyərli layihələrdə iştirak edərək həm layihələrini, həm də özlərini təkmilləşdirmək imkanı əldə edirlər. Bu müddət ərzində təcrübə keçən tələbələr öz layihələrini layihə məsləhətçiləri ilə razılaşdıraraq həyata keçirirlər. ETİ stajla yanaşı sosial klublara da böyük önəm verən şirkətdir”.
Çıxış və sual-cavab sessiyasından sonra tədbir Anadolu Universitetinin prorektoru Prof. Dr. Fatih Temizelin ETİ Türkiyə Baş direktoru Ercan Özə xatirə hədiyyəsi və təşəkkür sertifikatı təqdim etməsi ilə başa çatıb.