Son yeniləmə: 1 Mart 2024 10:56
Hikmet Eren: Avropa Parlamenti təxribat xarakterli bəyanatlar vermək əvəzinə, tərəflər arasında ədalətli və daimi həll yolunun tapılmasına dəstək verməlidir
BAYRAQDAR MEDİA – “Avropa Parlamentinin son bəyanatları narahatedici anlaşılmazlığa səbəb olur və bu, Azərbaycanı Ermənistana qarşı təcavüzkar kimi göstərməklə təhlükəli yanaşma nümayiş etdirir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən EkoAvrasiya Fondunun Qəyyumlar Şurasının sədri Hikmet Eren deyib.
Onun sözlərinə görə, bu cür ritorika regionda təhlükəsizliyi və sülhü pozacaq yersiz bir münasibətdir: “Xüsusilə də başda cənab Prezident cənab. İlham Əliyev olmaqla Azərbaycan regionda sülhün və sabitliyin qorunması üçün diplomatik həll yollarının və dialoqun gücləndirilməsinin tərəfdarıdır. Avropa Parlamentinin bu qeyri-real münasibəti və yanaşmaları nəinki Azərbaycanı hədəfə alır, həm də regiondakı incə balansı təhlükə altına alır”.
H.Eren daha sonra deyib: “EkoAvrasya Vakfı olaraq hər zaman Qafqazda sülh və suverenlik rəmzinə çevrilmiş azərbaycanlı ardaşlarımızın yanındayıq. Ümid edirik ki, Avropa Parlamenti haqsız ittihamlardan əl çəkəcək, obyektiv münasibət sərgiləyəcək və regionda gərginliyi artıran bu cür addımlardan çəkinəcək. Türk Birliyi əsrlər boyu ortaq tarix, mədəniyyət və dəyərlərlə bağlı olan türk millətinin həmrəyliyini və birliyini təmsil edir. Bu həmrəylik təkcə türk milləti arasında deyil, həm də bölgədə sülh və sabitliyin katalizatoru rolunu oynayır. Biz sülh və sabitliyin qorunması üçün əlimizdən gələni etməyə davam edəcəyik. Hesab edirik ki, Avropa Parlamenti təxribat xarakterli bəyanatlar vermək əvəzinə, tərəflər arasında ədalətli və daimi həll yolunun tapılmasına dəstək verməlidir”.