Press "Enter" to skip to content

Azərbaycanın milli parklarında “açıq qapı” günü

"Açıq qapı" günü olacaq

BAYRAQDAR MEDİA – 3 mart Ümumdünya Vəhşi Təbiət Günüdür. Bu gün ilə bağlı martın 3-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “vəhşi təbiətin qorunmasının vacibliyi, nadir bitki və heyvan növlərinin müxtəliflliyinin təbliği və cəmiyyətin bütün yaş təbəqələrində təbiətə qayğı hissinin gücləndirilməsi məqsədi ilə “Ümumdünya Vəhşi Təbiət Günü” 2013-cü ildən bütün dünyada qeyd edilir. Hər il müxtəlif adlar altında qeyd olunan “Ümumdünya Vəhşi Təbiət Günü” bu il “İnsanlar və Planetlər birləşməklə vəhşi təbiətin qorunmasında rəqəmsal innovasiyaların tədqiqi” devizi altında keçirilir”.

Mission News Theme by Compete Themes.