Press "Enter" to skip to content

1 mart Ümumdünya Mülki Müdafiə Günüdür

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – 1 mart Ümumdünya Mülki Müdafiə Günüdür. Bu gün ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tədbir keçirilib.

Tədbirdə MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov çıxış edərək bu günün tarixi haqqında məlumat verib. Ardınca MEK əməkdaşı Röya İsrafilova “İnnovasiya texnologiyaları Mülki müdafiənin xidmətində” mövzusunda Kitabxana əməkdaşlarına məruzə edib.

Tədbir zamanı fövqəladə halların qarşısının alınması ilə bağlı video nümayiş edilib. Həmçinin əməkdaşların fövqəladə hallarda istifadə edilən texniki vasitələrlə tanışlığı olub və G.Cahangirov tərəfindən əməkdaşların mövzu ilə bağlı sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.