Press "Enter" to skip to content

Tacikistan nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında

Görüşdən xatirə fotosu

Son yeniləmə: 29 Fevral 2024 13:32

BAYRAQDAR MEDİA – Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılı qetdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 29-da Agentlikdən məlumat verilib.

Bildirilib ki, “nümayəndə heyətinə Agentliyin funksional istiqamətləri, Məşğulluq filiallarında yeni konsepsiyanın tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Buna uyğun olaraq karyera məsləhətçilərinin fəaliyyəti ilə yerində tanışlıq olub”.

Məlumatda deyilir ki, daha sonra Filialda Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib: “Bildirib ki, Agentliyin fəaliyyətinin əsas istiqaməti əmək bazarının təhlili və buna uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün doğru məşğulluq tədbirlərinin icrasıdır. Həmçinin əməkdaşlı qəlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.