Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanından rum tərəfinə təklif

Ersin Tatar

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar TÜRKSOY-da KKTC-nin qurucu Cümhurbaşqanı Rauf Raif Denktaşın 100-cü ildönümündə həsr edilmiş proqrama qatılıb.

Tədbir çərçivəsində Kirim Haber Ajansına müsahibə verən E.Tatatr maraqlı məqamlara toxunub.

Məlumata görə, o, BMT-nin Kibrisin rum kəsimi ilə danışıqlar təklifini də dəyərləndirib: “Ortaq təməlin formalaşması üçün qarşı tərəf bizim suverenliyimizi, bərabərliyimizi və beynəlxalq bərabərlik statusumuzu qəbul etməlidir”.

E.Tatar yeni siyasət adlandırdığı KKTC siyasətinin əsas təməlinin suverenlik olduğunu vurğulayıb.

Bundan əlavə, E.Tatar Yunanıstanın türk əsgərlərinin Adadan çıxarılması üçün danışıqlar adı altında oyunlar oynadığını deyib. O, Türkiyə Cümhuriyyətinin KKTC ərazisindən çəkilməməsi və qarant olaraq davam etməsinin vacib olduğunu bildirib.

Mission News Theme by Compete Themes.