BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İranda ermənilərin “Anahit” jurnalı ləğv edilmiş qondarma “DQR”in “bayrağını” paylaşıb, Azərbaycana qarşı cəfəng fikirlər yayıb: “Əhvazın Şəhid Çamran Universitetinin Tarix Elmi Dərnəyi “Bakı Respublikası” ordusunun Ermənistanın suveren sərhədlərinə “açıq-aşkar təcavüzlərindən” sonra, Ermənistan ərazisinin pozulması olan bu tip addımların təkrarlanmasını “Bakı Respublikasının” beynəlxalq qanunlara məhəl qoymaması və əməl etməməsinin əlaməti hesab edir”.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Daha sonra “Bakı Respublikası”nın qanunsuz hərəkətlərini pisləməklə yanaşı, beynəlxalq qurumlardan onun konvensiyalara və BMT Nizamnaməsinə “açıq-aşkar hörmətsizlik” etməsini pisləməyə çağırışa yer verilir.
“İran daim Ermənistanın yanında olub, dost və tarixi bir ölkə kimi “Bakı Respublikası”nın bu tip “təcavüzülərini” bölgədə münaqişə alovunu qızışdıran və əmin-amanlığı pozmaq aktı sayır və bunu qətiyyətlə qınayır. Şəhid Çamran Universitetinin Tarix Elmi Dərnəyinin sədri Abbas İqbal Mehran.” Xəbərdə belə deyilir.