Press "Enter" to skip to content

“Görkəmli dövlət xadimi Heydər Əliyev”. Biblioqrafik göstərici

Görkəmli dövlət xadimi Heydər Əliyev

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) nəsillər üçün nümunə olan, mənalı və keşməkeşli tərcümeyi-halı, çoxcəhətli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti, müstəqil Azərbaycan uğrunda apardığı mübarizə və Ulu Öndərin böyük ideallarını əks etdirən siyasi irsin qiymətli salnaməsi – “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstəricisini oxucularına təqdim edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “biblioqrafik göstərici Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə başlayır. İdeya və ön sözünün müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin biblioqrafiyada dərc olunmuş “Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycan idealı və müasir dövr” adlı məqaləsində Azərbaycanın çoxəsrlik tarixində Heydər Əliyev-İlham Əliyev epoxasının xüsusi əhəmiyyətindən, bu epoxada Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan intibahdan, azərbaycançılıq məfkurəsindən, Azərbaycanda milli birlik və həmrəylik ideyasının həyata keçirilməsindən, İkinci Qarabağ – Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərdən, xalqın xoşbəxt gələcəyinin təmin olunmasında bu tarixi mərhələnin mühüm nailiyyətlərindən bəhs olunur”.

Sonra xəbərdə, “Heydər Əlirza oğlu Əliyevin həyatı və ictimai-siyasi fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin bu dahi və müdrik insan haqqında fikirləri, H.Əliyev əsərlərinin biblioqrafiyası-kitabları (Azərbaycan, rus və digər xarici dillərdə), məcmuələrdə və dövri mətbuatda çap olunmuş çıxışları, məruzələri və məqalələrinin də əks olunduğu biblioqrafik göstəricidə, həmçinin böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət H.Əliyev haqqında yazılan kitablar, məqalələr, dissertasiya və avtoreferatlar da yer alıb” deyə qeyd edilir.

Kitabın elmi redaktoru, MEK-in direktoru, Prof. Məmməd Əliyev, redaktoru, Dos. Şəhla Tahirqızı, tərtibçiləri Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, Afət Məmmədova və Mahnur Həsənovadır.

Nəşr müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, tarixi şəxsiyyət H.Əliyevin irsini araşdıran tədqiqatçı-alimlər və gələcək nəsillər üçün əhəmiyyətli məlumat mənbəyi olan bu kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.