Son yeniləmə: 29 Fevral 2024 14:51
BAYRAQDAR MEDİA – Türkiyə liqalarının ən gənc və ən uğurlu komandalarından biri olan Eskişehir Böyükşəhər Gənclər və İdman Klubu qadın futbol komandası TFF Qadınlar 3-cü Liqasında iz qoymağa davam edir.
Bu barədə bu günlərdə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “3-cü Liqa 13-cü qrupunda çempionatın ən iddialı komandası olan Eskişehir Böyükşəhər Gənclər və İdman Klubu, ötən həftə öz meydanında Karşıkaya Kollecini 4-3 hesabı ilə məğlub etdikdən sonra bu həftə Eskişehir derbisində oynayıb. Osmanqazi Məhəlləsi Sahəsində Eskişehir Öncü İdman və Gənclik Klubu ilə qarşılaşan komanda üstün oyun sərgiləyib və meydandan 4-0 hesabı ilə qalib ayrılıb”.
Məlumata görə, komanda bununla da ümumi xallarını 18-ə çatdırıb və zirvədəki yerini qoruyub.