Press "Enter" to skip to content

“Salam, Novruz!” adlı sərginin açılışı

Salam, Novruz!

BAYRAQDAR MEDİA – Fevralın 27-si saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyi və sözügedən Muzeyin birgə təşkilatçılığı ilə baharın gəlişinə həsr olunmuş “Salam, Novruz!” adlı sərginin açılışı olub.

Öncə Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sərginin kuratoru Şirin Məlikova çıxış edərək rəhbəri olduğu Muzeydə keçirilən sərgilərdən, tədbirlərdən danışıb. Direktor açılışı keçirilən sərgi haqqında məlumat verib. Bildirib ki, Su çərşənbəsi günündə gerçəkləşən sərgidə Novruz bayramının bütün atributlarını, adət-ənənələrini özündə əks etdirən 80-ə yaxın eksponat təqdim olunub. Ş.Məlikova sərginin hər bir zalında bir çərşənbənin simvolunun və atributunun açıqlandığını qeyd edib. Direktor həmçinin sərgidə Azərbaycanın görkəmli rəssamlarının əsərlərinin nümayiş olunduğunu da deyib. O, çıxışının sonunda sərgiyə gələnlərə minnətdarlığını ifadə edərək onları Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edib.

Ardınca siyasi və dövlət xadimi, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək Novruz bayramı haqqında söhbət açıb. O, bu bayramın Zərdüştlüyə aid olmadığını, türk əsilli skiflər tərəfindən əsasının qoyulduğunu deyib və hər kəsi bu bayram münasibəti ilə təbrik edib.

Sonra millət vəkili, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Prof. Səlhab Məmmədov çıxış edərək Novruz bayramı ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra sərginin açılışı olub və sərgiyə baxış keçirilib.

Mission News Theme by Compete Themes.