Press "Enter" to skip to content

Sərgi: Qənirə Paşayevanın xatirəsi anılacaq

Məndən sonra

Son yeniləmə: 28 Fevral 2024 16:15

BAYRAQDAR MEDİA – Martın 2-si saat 19:00-da Müasir İncəsənət Mərkəzində ÇARDAQ art platforması Qənirə Paşayevanın xatirəsinə həsr olunan “Məndən sonra” adlı sərgi keçirəcək.

Sərgi haqqında BAYRAQDAR MEDİA-ya platformanın təsisçisi və rəhbəri, rəssam Elşən Karaca məlumat verib: “Öncə onu deyim ki, ÇARDAQ art platformasında musiqiçi, bəstəkar, yazıçı, aktyor, rəssam və s. sənət sahələri ilə məşğul olanlar bir arada toplanaraq bir mövzu haqqında layihələrdə iştirak edirlər. Burada keçirdiyimiz sərgilərin formatı ənənəvi keçirilən sərgilərdən də fərqlənir. Sərgilərdə rəsm və heykəltaraşlıq əsərləri ilə yanaşı, şairlərin qiraəti və yeni bəstələnmiş musiqi nümunələri görmək olur. Martın 2-də keçiriləcək “Məndən sonra” adlı sərgimizdə də yaradıcı şəxslərin mərhum Qənirə Paşayevaya həsr etdikləri sənət nümunələri nümayiş olunacaq. Sərginin adı Qənirə xanımın eyni adlı kitabından götürülüb. Onun əsərlərinə, şeirlərinə musiqi bəstələnib, rəsm əsərləri işlənib. Sərgidə iştirak edən peşəkar və tanınmış sənət adamları mərhum Qənirə xanıma bu yolla öz sevgilərini bildirmiş olacaq. Qənirə xanım sənət adamları üçün Azərbaycanda qadın obrazı kimi tarixi obrazlardan birinə çevrilib”.

Qeyd edək ki, sərginin kuratoru isə Bəhram Xəlilovdur.

Mission News Theme by Compete Themes.