Press "Enter" to skip to content

Qırğızıstanda 112 qəhrəman anaya aylıq sosial müavinət ödənilir

“Baatır Ene” ordeni

BAYRAQDAR MEDİA – Qırğızıstanda pensiya sığortası hüququ olmayan 112 qadın aylıq 3 min som sosial ödəniş alır.

Bu barədə Əmək, Sosial Müdafiə və Miqrasiya Nazirliyinə istinadən bulak.kg məlumat yayıb.

Bildirilib ki, “Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, anaların “Baatır Ene” ordeni ilə təltif edilməsi Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət Mükafatları Komissiyasının səlahiyyətindədir və Dövlət Mükafatları və Fəxri Fərmanlar haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilir”.

Məlumata əsasən, “Baatır Ene” ordeni ilə təltif edilən və 2024-cü il fevralın 1-nə pensiya sığortası almaq hüququ olmayan 112 qadına aylıq sosial müavinət verilir.

Mission News Theme by Compete Themes.