Press "Enter" to skip to content

Özkan Alpdan rəqəmsal bələdiyyəçilik vədi

Özkan Alap (ortada)

Son yeniləmə: 28 Fevral 2024 16:53

BAYRAQDAR MEDİA – AK Parti Odunpazarı Bələdiyyəsi sədrliyinə namizədi Özkan Alp hər gün bir çox fərqli məhəllə və mərkəzdə vətəndaşlarla görüşməyə davam edir.

Bu barədə eskisehir.net məlumata yayıb.

Bildirilib ki, “Odunpazarında küçə-küçə, məhəllə-məhəllə seçki kampaniyasına davam edən Ö.Alp gənclərlə görüşüb. Görüşdə o, gənclərə müraciət edərək deyib: “Gənclərlə görüşmək onların enerjisi, arzuları ilə görüşmək deməkdir. Şəhərimizi və Odunpazarını sizin gözlərinizlə görmək, layihələrimizi ehtiyaclarınıza uyğun formalaşdırmaq bizim üçün dəyərli və vacibdir”.

Məlumata əsaəsn, görüşdə Ö.Alp gənclərin məşğulluq və rəqəmsal xidmətlərlə bağlı verdiyi suallarə cavablandırıb: “Biz bələdiyyə xidmətlərini rəqəmsallaşdıracaq və onları əlçatan edəcəyik. Böyükşəhər Bələdiyyə sədrlyinə namizədimiz Nebi Hatipoğlu layihələrimizi mart ayının ilk həftəsində açıqlayacaq. Gənclərimiz üçün çox güclü və gözəl layihələrimiz var. Biz gənclərimizin həyatını asanlaşdırmaq üçün çalışırıq. Bu layihələrə dəstəyinizi gözləyirik”.

Mission News Theme by Compete Themes.