Press "Enter" to skip to content

Meksika, Kolumbiya və Peruda “Xocalıya ədalət”çağırışı

Küçələrdəki lövhələr

Son yeniləmə: 28 Fevral 2024 10:21

BAYRAQDAR MEDİA – 26 fevral tarixindən başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 28-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, lövhılər “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar yerləşdirilib.

Məlumata görə, lövhələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin təsviri, “Xocalı Soyqırımı32 il”, “Xatırlayırıq”, “Azərbaycana qarşı cinayət” şüarları və”Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub: “Adıçəkilən şəhərlərin sakinlərilövhələrdə yer almış “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir. Elektron lövhələr bir neçə gün ərzində nümayiş etdiriləcək”.

Mission News Theme by Compete Themes.