Son yeniləmə: 28 Fevral 2024 14:39
BAYRAQDAR MEDİA – Özbəkistanda dəmir yolu şəbəkəsinin operatoru olan “Özbəkistan dəmir yolları” şirkəti Əfqanıstanda Hayratan-Məzari-Şərif dəmir yolunun yenidən qurulmasına başlayıb.
Bu barədə dövlət şirkətinin mətbuat xidmətinə istinadən orient.tm saytı məlumat yayıb.
Bildirilib ki, “Özbəkistan yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırmaq üçün 120 işçi göndərib. Əsas vəzifə Naibabad stansiyasına yükdaşımaları tez bir zamanda bərpa etməkdir. Bu məqsədlər üçün paralel olaraq Hayratan stansiyasının “B” parkında və xəttin 57 km-lik hissəsində kompleks işlər aparılacaq”.
Məlumaat əsasən, Əfqanıstan Dəmir Yolları İdarəsi ilə dəmir yolu xəttinin yenidən qurulmasına dair razılaşma 2023-cü ilin noyabrında əldə olunub: “Dəmir yolu xətti 2010-cu ildə tikilib və “Özbəkistan Dəmir Yolları”nın törəmə şirkəti olan Sogdiana Trans tərəfindən idarə olunur”.