Press "Enter" to skip to content

Bakıda hərbi tibb kursu

Kursdan görüntü

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyinin NATO ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən hərbi həkimlərin iştirakı ilə hərbi tibb kursu keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Milli Müdafiə Universitetində keçirilən kursda iştirakçılara mobil təlim qrupu tərəfindən “NATO-nun tibbi dəstəyi”, “Hərbi tibbi planlaşdırma” və “Tibbi təxliyənin planlaşdırma”sı və digər mövzularında məruzələr təqdim olunur. Cari ilin mart ayının 1-dək davam edəcək kursun keçirilməsində əsas məqsəd tibb ixtisaslı hərbi qulluqçuların üzərinə düşən tibbi təminat tapşırıqlarının dövrün tələbləri çərçivəsində qurulmasını təmin etmək, eləcə də hərbi tibb sahəsində yeniliklərin tətbiqini sürətləndirməkdir”.

Mission News Theme by Compete Themes.