Press "Enter" to skip to content

Azərbaycan əsgəri azaraq Ermənistana keçib

Müdafiə Nazirliyi

Son yeniləmə: 28 Fevral 2024 12:46

BAYRAQDAR MEDİA – Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “hərbi qulluqçunun tapılması məqsədi ilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir”.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Redaksiyadan: Ermənistan mediası səhər saatlarında Ermənistan ərazisinə keçən iki Azərbaycan əsgərinin saxlanılması haqqında məlumat yayıb. Bildirilir ki, əsgərlərdən biri sonradan qaçıb. Digəri isə hazırda ermənilərin əlindədir. Xəbəri Ermənistan Milli Təhlükəsizlik Xidməti də təsdiqləyib.

Mission News Theme by Compete Themes.