Press "Enter" to skip to content

Almaniya şirkətlərinin təmsilçiləri Bakıda səfərdədir

Görüş zamanı

Son yeniləmə: 28 Fevral 2024 11:40

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsın rəhbərlik etdiyi şirkət təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanın enerji keçidi gündəliyində duran məsələlər, ölkədə həyata keçirilən və planlaşdırılan yaşıl enerji layihələri, həmçinin yaşıl hidrogen də daxil olmaqla bərpa olunan enerjinin ixracı planları haqqında məlumat verilib. Günəş və külək enerjisi layihələri, bioenerji, yaşıl hidrogen, enerji səmərəliliyi, yaşıl texnologiyaların istehsalı kimi sahələrdə Alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib”.

Mission News Theme by Compete Themes.