Son yeniləmə: 28 Fevral 2024 11:41
BAYRAQDAR MEDİA – Bakı şəhərində yerləşən 3 saylı (Yasamal rayonu) “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 1 mart tarixindən bir ay müddətinə bağlanacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “vətəndaşlar qeyd olunan tarixdən Bakı şəhərində yerləşən digər “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən əldə etməli olan vətəndaşlardan 2024-cü ilin 1 mart tarixindən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmələrini xahiş edirik. Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 83. “ASAN xidmət” mərkəzlərinin ünvanları barədə ətraflı məlumatı bu keçid və ya 108 Çağrı Mərkəzi vasitəsilə əldə etmək olar”.