BAYRAQDAR MEDİA – Fevralın 27-dən təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinə sənəd qəbulu başlayır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “müsabiqədə dövlət tam orta və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Layihə sənədlərinin qəbulu 27 fevral – 1 aprel tarixlərində sayt üzərindən həyata keçiriləcək. Müsabiqənin məqsədi təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabət və innovativ fəaliyyətin stimullaşdırılmasıdır”.
Qeyd edək ki, müsabiqə barədə elan vasitəsi ilə məlumat almaq lazımdır.