Son yeniləmə: 27 Fevral 2024 11:52
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
BAYRAQDAR MEDİA – “YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 27-də “ASAN xidmət”dən məlumat verilib.
Məlumata görə, şəhid Ülvi Rəhimovun anası Ülviyyə Rəhimovaya təyin olunan diaqnoz nəticəsində hər iki gözə “Baryer lazer koagulasiya” və mirvari suyu əməliyyatı məsləhət görülüb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer alan hər iki əməliyyat icra olunub, xidmətlər zərfində yer almayan sağ və sol gözə “Ozurdex intravitreal inyeksiya” əməliyyatının xərcləri isə “YAŞAT” Fondu tərəfindən qarşılanıb”.