Son yeniləmə: 27 Fevral 2024 15:55
BAYRAQDAR MEDİA – Quzey Makedoniya Dövlət Seçki Komissiyasının (YSK) məlumatına görə, indiyədək ümumilikdə 14 min 360 vətəndaş prezidentliyə namizədlər üçün imza verib.
Yeni Balkan DSK-ya istinadən xəbər verir ki, 5 min 405 imza ilə Demokratik İnteqrasiya İttifaqının (BDI) namizədi Bucar Osmani ilk sıradadır: “Siyahıda ikinci yeri 3 min 613 imza toplayan ZNAM partiyasının lideri Maksim Dimitrievski tutur. Sol partiyanın dəstəklədiyi namizəd Bilyana Vankovska-Cvetkovska 2 min 758 imza, GROM namizədi Stevço Jakimovski isə 1 min 974 imza toplayıb. Bütün digər namizədlərin mindən az imzası var: Velo Markovski 249, Albaniya müxalifət blokunun namizədi Arben Tarvari isə 246 imzaya malikdir”.
Xatırladaq ki, namizədliyin təsdiqlənməsi üçün ən azı 10 min imza lazımdır.