Press "Enter" to skip to content

MEK-in əməkdaşları elmi ezamiyyətdə olublar

Bir Ankara xatirəsi

BAYRAQDAR MEDİA – Fevralın 21-25-i tarixlərində “The British Institut at Ankara”nın dəvəti ilə MEK-in direktoru, Prof. Məmməd Əliyev və Elektron resurslar şöbəsinin əməkdaşları Rövşən Məmmədli və Xəyalə Məmmədli Ankarada elmi ezamiyyətdə olublar.

Ezamiyyət zamanı M.Əliyev və əməkdaşlar institutun iş şəraiti və elmi kitabxanası ilə tanış olublar. Onlar eləcə də İnstitutun kitabxanasında, Nadir fondda saxlanılan qədim nəşrlərlə tanış olublar.

Elektron resurslar şöbəsinin əməkdaşları institutda fəaliyyət göstərən vikipediyaçılarla birgə təlimlərdə iştirak ediblər.

X.Məmmədli təlim və ezamiyyətlə bağlı fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Təlimdə biz təcrübələrimizi paylaşdıq, Azərbaycan Vikipediyası və orada öz fəaliyyətimiz haqqında məlumat verdik. Onu da qeyd edim ki, biz əsasən Vikipediya üçün getsək də, tək Vikipediyaya fokuslanmadıq, “The British İnstitutu at Ankara” tədqiqat institutun kitabxanası və Prezident Milli Kitabxanasını ziyarət etdik, oradakı qədim kitablarla tanış olduq. Hər iki kitabxananın ab-havası bizi çox cəlb elədi. İkisi də çox möhtəşəm elm ocağıdır. Bir sözlə, çox xoş təəssüratla oradan ayrıldıq”.

Mission News Theme by Compete Themes.